Azərbaycan Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır – Bayden

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Trend xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının
Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanladığı məktubda bildirib.

“Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm
dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə
keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə
zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi
ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı
qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün
regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional
və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər
əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm
əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi
vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də
Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək
etməkdə həlledici rol oynayır”, – deyə məktubda qeyd olunub.

Teqlər: