Meksika körfəzi yaxınlığında yaranan “Mindi” tropik fırtınası ABŞ-ın Florida ştatı sahilinə doğru hərəkət edir.
AzerTimes-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı xəbər verib.
ABŞ Milli Meteorologiya Xidmətində qeyd ediblər ki, “Mindi” fırtınası Floridaya çatacaq və Atlantik Okeanının qərbi istiqamətində hərəkət edəcək. Bundan sonra fırtına Corciya və Cənubi Karolina ştatlarının cənub ərazilərinə doğru irəlliyəcək.
Fırtınanın olduğu ərazilərdə küləyin sürəti 65 km/s-a yaxın təşkil edir.
Floridada yağıntların ümumi miqdarı 15 santimetrə çatacağı gözlənilir.