ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları qaldırıb

Xəbər - Ləman Zeynalova – Trend:

ABŞ Enerji İnformasiya İdarəsinin proqnozuna görə, 2021-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik orta hesabla 0,74 milyon barel təşkil edəcək (müqayisə üçün əvvəlki hesabatda gündə 0,72 milyon barrel proqnozlaşdırılırdı).

AzerTimes-ın məlumatına görə, 2021-ci ildə rüblük hasilat proqnozu belədir: birinci rübdə gündə 0,74 milyon barrel, ikinci rübdə 0,69 milyon barel – ikinci, 0,73 milyon barrel – üçüncü və 0,78 milyon barel – dördüncü rübdə.

Azərbaycanın 2022 -ci ildə gündəlik 0,80 milyon barrel neft hasil edəcəyi gözlənilir.

Eyni zamanda, birinci rübdə hasilat gündə 0,81 milyon barel, ikinci rübdə- 0,80 milyon barel, üçüncü rübdə – 0,78 milyon barrel, dördüncü rübdə – gündə 0,81 milyon barel təşkil edəcək.

Əvvəlki hesabatda 2022 -ci ildə Azərbaycanda neft hasilatının gündəlik orta hesabla 0,78 milyon barel olacağı proqnozlaşdırılırdı.


2020-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 2019-cu ildəki 0,78 milyon barel ilə müqayisədə gündə orta hesabla 0,70 milyon barel təşkil edib.

Enerji İnformasiya İdarəsinin verdiyi məlumata əsasən, ötən ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində Azərbaycanda gündə 0,76 milyon barel, 0,69 milyon barrel, 0,66 milyon barrel və 0,69 milyon barel neft hasil edilib.

Twitter: @Lyaman_Zeyn

Teqlər: