Minasyan: Sevinməyən, hətta Ərdoğan uduzsa da…

Minasyan: Sevinməyən, hətta Ərdoğan uduzsa da…

Türkiyədə prezident seçkilərində müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu qalib gəlsə belə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə ciddi təsir etməyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri “Sputnik”ə açıqlamasında erməni türkoloq Nelli Minasyan son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətində yaranan problemlər fonunda “təqaüdə çıxması” ilə bağlı gedən danışıqları şərh edərkən deyib.deyib.

O, sosial şəbəkələrin erməni seqmentində prezidentin dəyişməsinin Ermənistan-Türkiyə münasibətlərinə müsbət təsir göstərə biləcəyi ilə bağlı səslənən gözləntiləri “qəribə” hesab edib:

“Türkiyə kimi “dərin dövlət”ə malik bir ölkədə prezident dəyişikliyi siyasi proqramlarda əsaslı dəyişikliklərə səbəb olmayacaq.

İkincisi, Ərdoğan az-çox proqnozlaşdırıla bilən siyasətçidir. Başqa sözlə, biz bilirik ondan nə gözləmək lazımdır. İndiki geosiyasi vəziyyətdə, xüsusilə seçkiqabağı mübarizə fonunda Ərdoğan rəhbərliyində Türkiyənin orientasiyası və yolu bəllidir”.

Onun sözlərinə görə, əgər Ərdoğan seçkidə məğlub olarsa və hakimiyyətə indiki müxalifət gələrsə, həm bölgəmizlə, həm də Türkiyənin xarici siyasət vektoru ilə bağlı çoxsaylı problemlər yaranacaq.:

“Türkiyədə müxalifət hələ də xarici siyasət baxımından kifayət qədər gözlənilməz olan Kamal Kılıçdaroğlunun simasında hakimiyyətə gələrsə, o zaman xarici siyasətə müəyyən korrektələr ediləcək və bu dəyişikliklər Ermənistanın maraqları ilə üst-üstə düşüb-düşməyəcəyi mütləq deyil.

Ərdoğanın seçkilərdəki əsas rəqibləri də millətçi ideologiyadan çıxış edirlər. Kamal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası millətçi partiyadır. Müxalifət koalisiyasında da millətçi qüvvələr var. Məsələn, İYİ Partiyası. Bu partiya pantürkist MHP-nin içindən çıxıb. Yəni Türkiyədəki siyasi dəyişikliyin Ermənistana ciddi təsir edə biləcəyi haqda qırıldatmaq çox tezdir.

Ola bilsin ki, qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini aktivləşdirəcək, lakin “aktivləşmə” və “normallaşma” fərqli anlayışlardır”.

Minasyan qeyd edib ki, əksinə, Türkiyədə hakimiyyət dəyişikliyi regionda gərginliyin artmasına səbəb ola bilər:

“Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən regiondur. Əgər Türkiyə Rusiya ilə Qərb arasında geosiyasi ziddiyyətlərin dərinləşməsi kontekstində sırf qərbyönlü siyasət yürütməyə başlayarsa, bu ziddiyyətlər bütün regionlarda, ilk növbədə Cənubi Qafqazda özünü büruzə verəcək”.

Teqlər: