Minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru
Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə
yetirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş
mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə
gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış
üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.

Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş
təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir.

Teqlər: