Millimizin oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa
çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi
oyunların stadionları müəyyənləşib.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz iyunun
3-də, Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun
7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya
yığması ilə qarşılaşacaq.

Estoniya ilə oyun 20:00-da, Finlandiya yığması ilə qarşılaşma
isə 17:00-da başlayacaq.

Teqlər: