Millimizin hücumçusu İsveçrə klubunda

Millimizin hücumçusu İsveçrə klubunda

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” klubuna keçib.

AzerTimes xəbər verir ki, bununla bağlı İsveçrə klubunun rəsmi Tvitter hesabında məlumat paylaşılıb.

23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Dadaşov bundan əvvəl İngiltərənin “Vulverhempton” klubunun formasını geyinib.

Teqlər: