Millimizin heyətində dəyişiklik baş verib

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan AzerTimes-a verilən məlumata görə, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.


Teqlər: