Millimizin futbolçusu İtaliya komandasına keçə bilər

Millimizin futbolçusu İtaliya komandasına keçə bilər

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.

AzerTimes xəbər verir ki, İsveçrənin “Qrasshoppers” klubunda çıxış edən 24 yaşlı hücumçu “Bari” komandasının maraq dairəsinə düşüb.

B Seriyasında çıxış edən komanda azərbaycanlı forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, hazırda 62 xalla turnir cədvəlində üçüncü pillədə yer alan “Bari” elitaya vəsiqə uğrunda mübarizə aparır.

Teqlər: