Millimiz Ukrayna yığmasına uduzdu

Millimiz Ukrayna yığmasına uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, İtaliyanın Katanya şəhərində oynanılan Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, millimizin növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı məlum olacaq.

Teqlər: