Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti matçını keçirib.

AzerTimes xəbər verir ki, millimiz III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

Qarşılaşma qonaqların 4-2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

Teqlər: