İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
AzerTimes xəbər verir ki, səfərdə keçirilən Norveç – Azərbaycan qarşılaşması 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin heyətində 65-ci dəqiqədə İldar Ələkpərov fərqlənib.
Yığmamız qrup mərhələsini 7 xalla beşinci pillədə başa vurub. Turnir cədvəlinə 24 xalla Norveç millisi başçılıq edir.