Millimiz meydana çıxmadan qalib gəldi

Millimiz meydana çıxmadan qalib gəldi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

AzerTimes xəbər verir ki, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.

Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.

Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.

Teqlər: