Millimiz Estoniyanı darmadağın etdi

Millimiz Estoniyanı darmadağın etdi

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 5:0 hesablı qələbə qazanıb. U-21-in qollarını 3-cü və 33-cü dəqiqələrdə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev və 84-cü dəqiqədə İsmayıl Zülfüqarlı vurublar.

Millimiz növbəti oyununu iyunun 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. Doqquz qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu – 6-cı yerdədir.

Teqlər: