Millimiz Ermənistanı məğlub etdi

Millimiz Ermənistanı məğlub etdi

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. “Domus Arena”kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

Teqlər: