Millimiz dünya çempionatında qrup birincisi oldu

Millimiz dünya çempionatında qrup birincisi oldu

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, yığma G qrupundakı sonuncu matçında Küveyt seçməsi ilə qarşılaşıb.

Qrupdakı ilk iki oyunda İraq və Misir kollektivlərinə qalib gələn son Avropa çempionu üçüncü matçında da qələbə qazanıb – 3:1. Milli komandanın heyətində qolları 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə vurublar.

Bu nəticə ilə xallarını doqquza çatdıran Azərbaycan millisi 1/8 finala qrup lideri kimi adlayıb. Növbəti mərhələdə rəqib H qrupunda ikinci yeri tutacaq komanda olacaq.

Teqlər: