Millimiz Dubayda bu ölkə ilə qarşılaşacaq

Millimiz Dubayda bu ölkə ilə qarşılaşacaq

Martın 7-dək Bakıda, 8-dən 14-dək isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

AzerTimes AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində martın 10-da və 13-də BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Teqlər: