Millimiz darmadağınla qalib gəldi: növbədə Ermənistandır

Millimiz darmadağınla qalib gəldi: növbədə Ermənistandır

San-Marinoda gənclər arasında Avropa çempionatı keçirilir. Basketbol üzrə U-18 milli komandamız qrupda ikinci qələbəsini qazanıb.

AzerTimes xəbər verir ki, komandamız “C” divizionunda B qrupu üzrə ikinci görüşünə çıxıb.

Cəbəllütariq seçməsi ilə qarşılaşan yığmamız görüşə fəal başlayıb və yekunda 115-60 hesablı qələbə qazanıb.

Milli komandamızın qrupdakı növbəti rəqibi Ermənistan komandası olacaq.

Qarşılaşma iyulun 27-də Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Teqlər: