Xəbər - Fərid Zöhrabov – Trend:
Millimiz bu gün İrlandiya yığmasına qarşı oynayacaq
Azərbaycan millisi bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçına çıxacaq.
Trendin məlumatına görə, yığmamız A qrupundakı 4-cü matçında İrlandiya ilə qarşılaşacaq.
Canni De Byazinin yetirmələri bu rəqiblə də səfərdə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan millisi daha öncə Portuqaliyaya 0:1, Serbiya və Lüksemburqa isə 1:2 hesabı ilə uduzub.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan
Baş hakim: Jerom Brizar (Fransa).
Dublin. “Aviva” stadionu.