Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun “Baş məşqçilərin təyinatı haqqında” olan əmrinə əsasən, 28 avqust – 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.

Bu barədə AzerTimes-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Əmrə əsasən;

1. İbrahimov İbrahim Eldar oğlu-kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,

2. İbrahimov Ramin İbrahim oğlu – qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,

3. Panyutin Oleq Viktoroviç- atletika idman növü üzrə milli komandanın,

4. Culfayev Alavərdi Abasoviç-üzgüçülük idman növü üzrə milli komandanın,

5. İbişov İlqar Əsgər oğlu – pauerliftinq idman növü üzrə milli komandanın,

6. Abdullayev Yusif İnqlab oğlu – güllə atıcılığı idman növü üzrə milli komandanın,

7. Abbasov İlqar Əziz oğlu – kamandan oxatma idman növü üzrə milli komandanın,

8. Tağızadə Fərid Əvəz oğlu-para-taekvondo idman növü üzrə milli komandanın,

9. Abdullayev Zahir Abdulla oğlu-qolbol idman növü üzrə milli komandanın,

10. Məhərrəmov İlham Nadir oğlu-boccia idman növü üzrə milli komandanın,

11. Qubuşova Ruqiyyə Heydər qızı – stolüstü tennis idman növü üzrə milli komandanın,

12. Məlikov Asəf Adil oğlu – qılıncoynatma idman növü üzrə milli komandanın,

13. Həsənquliyev Amid Umud oğlu – para-velosiped idman növü üzrə milli komandanın,

14. İsmayılov Məhəmməd Sahib oğlu – qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.

Teqlər: