Milli Məclisin Toponimiya Komissiyasının tərkibi dəyişdirilib

Milli Məclisin Toponimiya Komissiyasının tərkibi
dəyişdirilib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı “Milli Məclis yanında
Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin
qərarında dəyişikliklər edilməsi” barədə qərar layihəsi parlamentin
bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Toponimiya Komissiyasının vəfat edən üzvləri
– Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına
Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş
elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev
Komissiyanın üzvlərinin siyahısından çıxarılıb.

Onların yerinə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor
Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovla
təyin edilib.

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və
bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İman Eminov isə
Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi
qanunvericilk şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə
qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə ilə əvəz
edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul
olunub.

Teqlər: