Milli Məclisin sədri media nümayəndələri ilə görüşüb (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova martın 15-də parlamentin
iclasından sonra ali qanunvericilik orqanının fəaliyyətini
işıqlandıran media nümayəndələri ilə görüşüb.

AzerTimes xəbər verir ki,
parlamentin sədri jurnalistləri Novruz Bayramı münasibəti ilə
təbrik edərək, onlara gələçək peşəkar fəaliyyətlərində uğurlar
arzulayıb. Parlament-media münasibətləri barədə fikirlərini bölüşən
Sahibə Qafarova ölkəmizin son illər Prezident İlham Əliyevin
rəhbərliyi altında qazandığı uğurlarından, Vətən müharibəsindəki
Zəfərindən, parlamentdə gələcəkdə görüləcək işlərdən, ölkə
rəhbərliyi tərəfindən mediaya göstərilən diqqətdən danışıb.

Görüşdə çıxış edən, parlamentdə akkreditə olunmuş jurnalistlər
Milli Məclisin sədrini Novruz Bayramı münasibəti ilə təbrik edərək,
pandemiya dövründə onların fəaliyyəti üçün yaradılmış şəraitə görə
təşəkkür ediblər. Ali qanunvericilik orqanın fəaliyyətini, ölkənin
ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndiriblər,
parlamentin işinin işıqlandırılması barədə fikirlərini bölüşüblər.
Milli Məclisin sədrinə, deputatlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıblar.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri
ilə birlikdə xatirə fotosu çəkdirib.

Teqlər: