Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişib

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi
dəyişib.

AzerTimes-ın məlumatına görə, müzakirə ediləcək məsələlərin sayı
13-dən 14-ə qaldırılıb.

Bunlar aşağıdaklılardır:

1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası
əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında”
Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının
layihəsi.

2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə
Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun
Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi.

3. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

6. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Antiinhisar fəaliyyəti haqqında”, “Yeyinti məhsulları
haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.

9. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

Teqlər: