Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası mayın
13-də keçiriləcək.

AzerTimes-ın məlumatına görə, gündəliyə 20 məsələ daxil edilib.

1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və
idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

5. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

6. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).

9. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).

10. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).

11. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

13. “İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

15. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb
fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

16. “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı
haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların
təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).

18. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).

Teqlər: