Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan
Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri
Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın
16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisdən AzerTimes-a
verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentinin
rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə
əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə
fikir mübadiləsi aparılacaq.

Səfər mayın 19-da başa çatacaq.

Teqlər: