Milli Məclisin deputatları ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Fevralın 24 və 25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış
sessiyası keçiriləcək.

Milli Məclisindən AzerTimes-a verilən məlumata görə, Azərbaycanın ATƏT
PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti,
deputat Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də
Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar
Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev
onlayn şəkildə qoşulacaqlar.

Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi
nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi
vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət
planı təsdiq ediləcək.

Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə
bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və
təkliflərini bildirəcəklər.

Teqlər: