Milli Məclisdə Elman Rüstəmovun vəzifəsindən azad edilməsi müzakirə olunur

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

AzerTimes-ın məlumatına görə, deputatlar 6 məsələni müzakirə
edəcək.

Bunlar aşağıdakılardır:

1. Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinin qərarının layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası
Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi
təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).

Teqlər: