Milli Məclisdə büdcə müzakirələri keçirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclası keçirilir.

AzerTimes-ın məlumatına görə, birgə iclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər müzakirə edilir.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, ombudsman Səbinə Əliyeva, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak edirlər.

Teqlər: