Milli Məclis yeni neft sazişini ratifikasiya edib

Xəbər - Tend:

Milli Məclis yeni neft sazişini ratifikasiya edib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı “Azərbaycan
Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının
daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan
Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında
Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi parlamentin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən parlamentin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihənin
yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların
inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlükləri haqqında
danışıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul
olunub.

Teqlər: