Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edəcək

Parlament Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat
qəbul edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Milli Məclisin fevralın
25-də keçiriləcək iclasının gündəliyinə Xocalı soyqırımının 30
illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin
Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi daxil edilib.

Qeyd edək ki, iclasın gündəliyinə 11 məsələ daxildir.

Teqlər: