Milli Məclis Şuşada iclas keçirəcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin
Şuşada birgə iclası keçiriləcək.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə iki məsələ
daxildir.

Belə ki, deputatlar Şuşada “Azərbaycan Respublikası Hökuməti,
Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında
“Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma
Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini və
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta
tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun
layihəsini müzakirə edəcəklər.

Teqlər: