Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq etdi

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
iclasında “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə
Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun
Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya
İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də
Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə
Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair
bəyanatları ilə təsdiq edilsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul
edilib.

Teqlər: