Milli Məclis büdcəyə nəzarət etməlidir – Deputat

Milli Məclis büdcəyə nəzarət etməlidir – Deputat

Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsində qeyd olunur ki, Milli Məclis büdcəyə nəzarət edir. Amma biz büdcəyə nəzarət haqqında yox, büdcənin icrası haqqında qanun qəbul eləmişik.

AzerTimes xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Sanki büdcənin icrası ilə bağlı hökumət hesabat verir, biz də həmin hesabatdan sonra qərar qəbul edirik. Ona görə hesab edirəm ki, büdcəyə nəzarət haqqında qanun qəbul olunmalı, orada mexanizmlər yaradılmalıdır. Büdcəyə nəzarət üzrə Milli Məclisin müvafiq komitəsi yaradılmalıdır. Yəni Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir”, – deputat bildirib.

Teqlər: