Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrasını müzakirə edir

“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin
bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, layihə haqqında Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili məlumat verir.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri
26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3
milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə
27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1
120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin
kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla
müqayisədə 67,1 faiz azdır.

Teqlər: