“Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bir sıra institutlar Səhiyyə Nazirliyinin tabeliyinə verilib

2023-cü il yanvarın 1-dən “Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyindəki “Milli
Hematologiya və Transfuziologiya Mərkəzi (Mərkəzi Qan Bankının
Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan
Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi,
Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə
bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının
Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına Elmi-Tədqiqat
Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat
Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi
Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri
İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu,
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu,
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin
tabeliyinə veriləcək.

AzerTimes xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, bu qurumlar “Tibbi sığorta haqqında” qanuna
uyğun olaraq icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi
xidmətlər göstərilməsini davam etdirəcəklər.

Teqlər: