BƏƏ prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayid
əl-Nahayan vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə BƏƏ-nin Prezident İşləri
üzrə Nazirliyi bildirib.

Qeyd olunub ki, Xəlifə əl-Nahayan 73 yaşında vəfat edib.

Ölkədə 40 gün davam edəcək milli matəm elan olunub. Bu müddət
ərzində dövlət bayraqları endiriləcək. Üç gün müddətində bütün
nazirliklər, dövlət qurumları və özəl müəssisələri bağlı
qalacaq.