Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm – Kosta-Rikalı gimnast (VİDEO)

Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm.

AzerTimes-ın Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, bunu təlim-məşq məqsədilə ölkəmizə səfər etmiş Kosta-Rikadan olan bədii gimnast Emma Munoz Benavides deyib.

Gimnast qeyd edib ki, bu, onun Bakıya ilk səfəridir:

“Bir neçə gün öncə biz şəhər turuna çıxmışdıq. Şəhər çox gözəldir. Həm şəhəri, həm insanlarını, ümumiyyətlə hər şeyi çox sevdim. Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm. Bura çox gözəldir, burada yaradılmış şərait sadəcə inanılmazdır”.


Kosta-Rikalı idmançı bildirib ki, növbəti il təşkil olunacaq Mərkəzi Amerika Oyunlarında iştirak edəcək.

Teqlər: