Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür – İtaliya gimnastı

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür.

Bunu AzerTimes-a italiyalı gimnast Anna Bullo deyib.

Gimnast Bakıya ikinci dəfə gəldiyini deyib: “Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür. Yarışlar yüksək səviyyədə təşkil olunub”.

O, fərdi proqramda öz çıxışından tam razı qalmadığını bildirib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

Teqlər: