Mİlli Gimnastika Arenasında fərdi proqramda kişilər və qarışıq cütlük arasında qaliblər mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Xəbər - Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının kişilər (12-14 yaş) və qarışıq cütlüklər (15-17 yaş) arasında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, kişilər arasında Artyom Xuruci (Rusiya) qızıl, Aleksandr Mişinkov (Bolqarıstan) gümüş, Tiaqo Pineyro (Portuqaliya) bürünc medalla mükafatlandırılıb.

Qarışıq cütlüklər arasında Rumıniya komandası qızıl, Rusiya komandası gümüş, Bolqarıstan komandası isə bürün medal əldə edi.b.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: