Milli Gimnastika Arenasında Dünya Yaş Qrupları Yarışlarının iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)

Xəbər - Cani Babayeva – Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının iştirakçılarının podium məşqləri keçirilir.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası 21-23 may tarixlərində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edəcək.

İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən 202 gimnastın iştirakı gözlənilir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.


Azərbaycanı yarışlarda Leyla Abdullazadə, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcək.

Yarışlar Azərabycanda mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq tamaşaçısız keçiriləcək.

Trend məşqlərdən fotoreportajı təqdim edir

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: