Milli Gimnastika Arenasında çox xoş bir atmosfer hökm sürür – Moldovalı gimnast

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında çox xoş və mehriban bir atmosfer hökm sürür.

Bunu AzerTimes-a aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları yarışlarının iştirakçısı, Moldovalı idmançı Qleb Maksimçuk bildirib.

“Burada proqrama öz diqqətini tam cəmləsdirə bilirsən, heç bir şey sənə manə olmur. Bu günki çıxışıma gəldikcə, hər şey istədiyim kimi alınmadı, ilk elementdə tarazlığımı biraz itirdim”.

Qleb Maksimçuk qeyd edib ki, Bakıya komanda ilə yarışa başlamazdan iki gün əvvəl gəlib:

“Bakıda Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Bu turnirdə yaxşı çıxışla yanaşı, mənim üçün vəzifələrdən biri də rəqabət təcrübəsi qazanmaq, belə vacib və böyük bir idman tədbirində gücümü sınamaqdır”.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

Teqlər: