Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, fərdi proqramda halqa və toplə hərəkətlərdə, qrup proqramında 5 topla hərəkətlərdə medal qazanan gimnastlar mükafatlandırılıb.

Halqa ilə fərdi hərəkətlərdə birinci yeri Linoy Aşram (İsrail), ikinci yeri Lala Kramarenko (Rusiya), üçüncü yeri Alina Qarnasko (Belarus) tutub.

Topla fərdi hərəkətlərdə birinci yeri Aleksandra Acurcukuleze (İtaliya), ikinci yeri Darya Trubnikova (Rusiya), üçüncü yeri Boryana Kaleyn (Bolqarıstan) tutub.

Beş topla qrupo hərəkətlərində Bolqarıstan komandası birinci olub. İtaliya komandası ikinci, Azərbaycan komandası üçünü yeri tutub.

Gimnastlar dron vasitəsilə mükafatlandırılıb

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: