Millətlər Liqası: Gürcüstan millisi pley-offda

Millətlər Liqası: Gürcüstan millisi pley-offda

Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

AzerTimes xəbər verir ki, Gürcüstan millisi sentyabrın 23-də Şimali Makedoniya ilə qarşılaşıb.

Tbilisidə yerləşən Boris Payçadze adına “Dinamo Arena”da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.

Yığma komandanın növbəti görüşü səfərdə Cəbəllütariq seçməsi ilə olacaq.

Teqlər: