Millət vəkili şəhidimizin atası ilə görüşdü

Millət vəkili şəhidimizin atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda şəhid Tofiq Muradovun atası Elman Fərman oğlu Muradovla görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva şəhid valideynləri ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid hərbçinin əziz ruhuna ehtiramını bildirib.

Q.Paşayeva şəhid atasına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.

Teqlər: