Millət vəkili qazilərlə görüşdü – Foto

Millət vəkili qazilərlə görüşdü – Foto

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qovlar şəhərindən və şəhərə bitişik kəndlərdən olan qazilər, müharibə iştirakçıları ilə görüşüb.

AzerTimes xəbər verir ki, ən müxtəlif mövzular üzrə müraciət edən görüş iştirakçılarının qayğıları ilə yaxından maraqlanan millət vəkili, müvafiq qaydada, əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb, iş, yol, su, qaz, mülkiyyət hüququnun sənədləşdiriməsi, əlillik təyini və s. ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanmasını xahiş edib.

Millət vəkili qazilərə, müharibə iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Teqlər: