Millət vəkili N saylı hərbi hissədə – Foto

Millət vəkili N saylı hərbi hissədə – Foto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda yerləşən N saylı hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşüb.

AzerTimes xəbər verir ki, hərbçilərimizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva Milli Ordumuzun tarixindən, şanlı səhifələrindən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, bütün türk dünyasının qürur qaynağı olaraq şərh edib.

Paşayeva və onunla birgə görüşdə iştirak edən xalq rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Gənclər Evinin rəhbərı Rauf Rzayev, YAP Tovuz rayon şöbəsinin sədr müavini İlqar Kərimov, ictimai fəal qadınlar Vəsilə Abulova, Rəna Əmirəliyeva, Nilufər Lətif və tanınmış rejissor Elnurə Kazımova əsgər və hərbçilərimizə bayram hədiyyələri təqdim edib. Onlar çıxışlarında silahlı qüvvələrimizlə qürur duyduqlarını bildiriblər. Ürək sözlərini bölüşüblər.

Tədbirin sonunda rayonun musiqi kollektivləri əsgər və hərbiçilərimiz qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.

Teqlər: