ABŞ banan respublikasına çevrilir – Qabbard

ABŞ banan respublikasına çevrilir – Qabbard

Amerika hakimiyyətinin hazırkı davranışı diktatura rejiminə malik banan respublikalarına daha uyğundur.

AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentliyinə keçmiş namizəd Tulsi Qabbard deyib.

Onun fikrincə, Amerika hüquq-mühafizə sistemi getdikcə daha çox siyasiləşir və faktiki olaraq hakimiyyət tərəfindən opponentlərlə mübarizə aparmaq üçün silah kimi istifadə olunur:

“Bu cür epizodlar qanunun aliliyinə xələl gətirir və hakimiyyətin uzaqgörənliliyinin olmamasında xəbər verir. Hakimiyyət nəyin bahasına olursa-olsun iqtidarda qalmaq istəyir. Məncə, bu, diktaturalarda, banan respublikalarında müşahidə oluna bilən mənzərədir. Biz bunun qarşısını almalıyıq”.

O, indiki rəhbərliyə konstitusiyanı pozmamağın vacibliyini xatırladıb:

“Düzünü desəm, bəzi demokratlardan daha təhlükəli bir ifadə eşitdim. Onlar düşünürlər ki, Amerikanı xilas etmək naminə hər şeyi etməlidirlər. Və bu, təhlükəli düşüncə tərzidir. Bu mövqe diktaturanın əlamətidir. Bu cür fikirlərə malik siyasətçilər Amerika demokratiyasına zərbə vurur və ölkəni məhv edirlər”.

Teqlər: