Milanın mərkəzində partlayış: yaralılar var – Video

Milanın mərkəzində partlayış: yaralılar var – Video

İtaliyanın Milan şəhərinin mərkəzində güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, şəhərin Port-Roman rayonunda yol kənarına park edilmiş mikroavtobusun oksigen çənlərində partlayış olub.

Partlayışdan dərhal sonra yanğın başlayıb. Yanğın digər maşınlara da keçib.

Yaxınlıqdakı evlər və məktəbdən təxliyə başlayıb.

Partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb.

Teqlər: