Milan şəhərini su basıb

İtaliyanın Milan şəhərində aprelin 25-də yağan güclü yağışlar
şəhərin şimal və şimal-qərbində yerləşən bir sıra məhəllələrin su
altında qalmasına səbəb olub.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, hazırda ekspertlər Seveso və Lambro
çaylarında suyun səviyyəsini izləyirlər.

İtaliyanın Lombardiya bölgəsinin hökumətinin təhlükəsizlik
məsələləri üzrə müşaviri Marko Qranelli sosial şəbəkədə yazıb ki,
Sevesoda suyun səviyyəsi yüksək olub, lakin hazırda artıq aşağı
düşür.

Müvafiq xidmət əməkdaşları fəlakətin nəticələrinin aradan
qaldırılması ilə məşğuldur.

Daşqından zərər çəkənlər barədə məlumat verilmir.

Teqlər: