Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir.
Trend xəbər verir ki, “Cuzzepe Meazza” stadionunda baş tutan görüşdə iki əzəli rəqib – “İnter” və “Milan” komandaları qarşılaşıb.
Gərgin keçən derbidə “Milan” klubu əzmkar qələbə qazanıb – 1:2.
“İnter”in heyətində qolu 38-ci dəqiqədə Hakan Çalxanoğlu, “Milan”ın hər iki qolunu isə 78-ci və 80-ci dəqiqələrdə Olivye Jiru vurub.